- Baxış sayı: 44
- 05 Dekabr 2025 23:20
- Baxış sayı: 44
- Dekabr 05, 2025
- 0

UEFA prezidenti Aleksander Çeferin Avro-2024-ün əsas favoritlərini açıqlayıb.
Allsport.az xəbər verir ki, bu barədə o, DPA-ya açıqlama verib:
“Mən artıq dostlarıma dedim: niyə bilmirəm, amma Almaniyanı əsas favoritlərdən biri hesab edirəm. Onlar son illərdə olduqca pis idilər, lakin yaxşı komandaları var. Fransa yığması ilə yoldaşlıq görüşündən (2:0) sonra isə tamam başqa səviyyəli münasibət gördüm.
Mən həmişə deyirəm: İspaniyanı heç vaxt aşağı salmayın. Xorvatiya, Belçika, Niderland, ola bilsin Danimarka da var. Amma Almaniya, Fransa, İngiltərə və Portuqaliya, fikrimcə, bu Avropa çempionatının favoritləridir”.