Almanlar paytaxtda baş katiblə görüşdü

Avro-2020-nin final mərhələsi ilə əlaqədar müxtəlif milli komandaların nümayəndələri Bakıya səfər etməkdədir. Allsport.az saytı xəbər verir ki, Almaniya millinin meneceri Maike Seuren və komandanın səyahət meneceri Matthias Grimm Bakı olimpiya stadionuna, Tofiq Bəhramov adına respublika stadionuna, həmçinin paytaxtımızdakı otellərə baxış keçiriblər. Almaniyalı qonaqlar AFFA-nın inzibati binasında icraçı vitse-prezident Elxan Məmmədovla görüşüb, Avro-2020 barədə fikir mübadiləsi aparıblar.

Niderland yığmasının da nümayəndələri Bakıya gəlib, Bakı olimpiya stadionu ilə tanış olublar. Əməliyyat qrupu tərəfindən fan zona barədə qonaqlara ətraflı məlumat verilib.
Xatırladaq ki, Avro-2020-nin “A” qrupunda 3 oyun, həmçinin 1/4 final mərhələsinin 1 qarşılaşması Bakıda keçiriləcək. Bakı olimpiya stadionundakı qrup oyunlarında Türkiyə, İsveçrə və Uels milli komandaları iştirak edəcək.

Həmin kateqoriyadan