Alp dağlarında məşq keçən “Ferrari”nin sürücüsü titul uğrunda mübarizə aparacaq

Allsport.az saytı xəbər verir ki, İtaliyanın Fiorano şəhərində “Ferrari”nin təqdimat keçirib. Komandanın sürücüsü Şarl Lekler, SF-23 bolidini idarə edən ilk pilot olub. Bundan sonra, sürücü təssüratlarını belə bölüşüb:

”Mən simulyatorlarda çox məşq eləmişəm. Bugün yeni yarış avtomobilinin sükanı arxasına əyləşdim. Təssüratlarım yüksəkdir. Düzdür, bir neçə dövrə ilə bolidin nə səviyyədə olduğunu müəyyən etmək mümkün deyil. Artıq mühəndislər ilə ilk nüansları müzakirə etdim. Yeni mövsümdə layiqincə mübarizə aparmaq üçün 2 həftə Alp dağlarında məşq keçəndən sonra, Maraneloya qayıtdım.

Biz çox çalışdıq və zəhmətimizin bəhrəsini görmək istəyirik. 2022-ci ildə üzun fasilədən sonra irəlilədik. Nəticədə komanda Mühəndislər kubokunda 2-ci yerə yüksəldi. Ümüdvaram ki, SF-23 bolidi daha üstün olacaq. Bizim əsas məqsədimiz qalib gəlməkdir. 2023-ci ildə titul üçün mübarizəyə hazıram”.

Həmin kateqoriyadan