- Baxış sayı: 52
- 06 Noyabr 2024 17:20
- Baxış sayı: 90
- Noyabr 21, 2024
- 0
Allsport.az saytı xəbər verir ki, İngiltərə komandası qarşıdan gələn yeni mövsüm üçün yeniliklər hazırlayır. Texniki rəhbər Met Xarman mühəndislərin hesablamalarına əsasən dəyişikliklərin, mövsümün ilk 3-lüyündən fərqi aradan qaldırmağa yardımçı olacağını deyib:
”Komanda olaraq indi inamımız var. Testlərdə maşının bütün potensialını üzə çıxarmadıq.Proqnozlar verməyi sevmirəm, çünki başqa kollektivlərin hansı formada olması barədə hələ heç bir məlumatın yoxdur. Bu məsələdə qeyri-müəyyənlik var. Sınaqlarımız gözlənildiyi kimi uğurla başa çatdı.
Maşının aerodinamikası lazım olduğu kimi işlədi. Biz bir neçə maraqlı və fərqli aerodinamik variantları qiymətləndirdik. Yaxşı nəticələr əldə etmişik. Hazırda Bəhreyn qran prisini nikbin baxışla gözləyirik. İlk mərhələdə bir neçə vizual dəyişiklik görəcəksiniz. Ümid edirəm ki, bu yeni detallar çempionatda yüksəlməyimizə imkanı yaradacaq“.