AMADA kosmosda da fəaliyyət göstərmək istəyir

Ümumdünya kosmos həftəsi 2025 çərçivəsində Azərbaycan respublikasının kosmik agentliyi (“Azərkosmos”) ilə Azərbaycan milli antidopinq agentliyinin (AMADA) tərəfdaşlığı əsasında, adı ilk çəkilən qurumun nəzdində fəaliyyət göstərən KOSMİK akademiyanın təşkilatçılığı ilə “Kosmik super insan: gücləndirmə və fiziki hazırlıq” təlimi həyata keçirilib.

Allsport.az saytı xəbər verir ki, təlim kosmosda yaşamaq və fəaliyyət göstərmək üçün insan bədəninin fiziki və psixoloji dözümlülüyünün artırılması, həmçinin astronavtların və idmançıların tətbiq etdiyi gücləndirmə və hazırlıq metodları haqqında ictimaiyyəti maarifləndirmək məqsədi daşıyıb.

Təlimdə çıxış edən AMADA-nın İcraçı direktoru Təhminə Tağızadə ekstermal şəraitdə insan bədəni, performans və davamlılığı artırmaq üçün strategiyalar, insanın inkişafında etik prinsiplər kimi mövzulara toxunub, həmçinin iştirakçıların suallarını cavablandırıb.

Həmin kateqoriyadan