AMKF-dən beynəlxalq təlim-məşq

Milli karate federasiyasının dəvəti ilə Yaponiya, Iran, Rusiya, Qazaxıstan, Gurcustan, Çex Respublikası və Türkmənistandan milli və klub idmançılarının iştirakı ilə təlim-məşqlər təşkil olunub. 

Allsport.az saytı xəbər verir ki, yeniyetmə-gənclərdən ibarət yığmanın baş məşqçisi Anar Allahverdiyevin rəhbərliyi ilə beynəlxalq hazırlıq məşqləri 10 avqustadək davam edəcək. 14-15 yaşlı yeniyetmələr, 16-18 və 21 yaşadək gənclərin qatıldığı təlim-məşqlərdə Avropa, Asiya və dünya çempionları kimi titullu idmançılar iştirak edir. Cahan şöhrətli karateçimiz Rafael Ağayev də beynəlxalq təlim-məşq iştirakçıları ilə bir yerdə məşq keçib. 

Millimizi oktyabrda Çilidə dünya çempionatı gözləyir. Ona qədər isə yeniyetmə və gənc karateçilərimiz 14-15 sentyabrda Budapeştdə beynəlxalq turnirə yollanacaq. 

Həmin kateqoriyadan