- Baxış sayı: 34
- 10 May 2026 12:00
- Baxış sayı: 95
- May 10, 2026
- 0

Azərbaycan karateçiləri açıq Rusiya turnirdə uğurla çıxış ediblər. Allsport.az saytı xəbər verir ki, Qazaxıstan, Özbəkistan, Turkiyə, İran, Belarus, Misir və Ermənistanın da qatıldığı yarışda ümumilikdə 1200 iştirakçı qüvvəsini sınayıb.
Bizdən Nəsimi Musayev (70 kq) bütün rəqiblərinə qalib gəlib. Nərgiz Aslanova (25 kq), Cəlal Şükürov (35 kq) və Mehdi Abdullayev (+35 kq) yalnız finalda yeniliblər.
Kamran Cəfərli (+42 kq), Qəhrəman Rzaquliyev (30 kq), Dəniz Nəcəfli (47 kq), Mədinə Sadıqova (55 kq), Günay Ramazanova (55 kq), Aysel Məmmədova (+66 kq), Məhəmməd Kazımlı (60 kq), Murad Hacızadə (+84 kq) bürünc medallara sahib olublar.