- Baxış sayı: 121
- 26 İyul 2026 10:47
- Baxış sayı: 133
- Avqust 10, 2026
- 0

16-17 noyabr tarixlərində Türkiyənin Çanaqqala şəhərində 15 ölkədən 1100-ə yaxın idmançının iştirakı ilə karate üzrə beynəlxalq turnir keçirilib.
Allsport.az xəbər verir ki, təmsilçilərimizdən uşaqlar arasında (10-11 yaş), 35 kiloqram çəki dərəcəsində Rzaquliyev Qəhrəman 4 döyüş keçirərək 5-ci yerdə, gənclər arasında (16-17 yaş), 68 kq çəki dərəcəsində Musayev Nəsimi yalnız finalda məğlub olaraq gümüş medala sahib olub.
Təmsilçilərimizin şəxsi məşqçisi əməkdar məşqçi Seymur Xudaverdiyevdir.