- Baxış sayı: 33
- 05 Dekabr 2025 23:43
- Baxış sayı: 50
- Dekabr 05, 2025
- 0

“Mançester Yunayted”, “Fiorentina”dan icarəyə götürdüyü yarımmüdafiəçi Sofyan Amrabatı heyətində saxlamaq qərarına gəlib.
Allsport.az xəbər verir ki, mərakeşli “Old Trafford”da müntəzəm oyun praktikası almır və bunun fonunda onun vaxtından əvvəl Florensiyaya qayıda biləcəyi ilə bağlı söz-söhbətlər yayılıb.
Lakin “qırmızı şeytanlar” yanvarda Amrabatla ayrılmaq istəmir. Futbolçu yaxın günlərdə Afrika kubokuna yollanacaq, bundan sonra “Yunayted”ə qayıdacaq və burada mövsümü başa vuracaq.