“Anadolu qartalları” Mahir Əmrəli ilə Marlos Moreno icarəyə götürüb

“Konyaspor”, 25 yaşlı azərbaycanlı hücumçu Mahir Əmrəlinin mövsümün sonuna qədər transferi üçün Xorvatiyaya klubu ilə anlaşıb. Allsport.az saytı xəbər verir ki, Azərbaycan millisində 39 görüş keçirən forvarsd, Zaqreb “Dinamo”su ilə ümumilikdə 13 oyuna çıxıb və 3 qol vurub.

Türkiyə superliqa təmsilçisinin digər transferi 26 yaşlı yarımmüdafiəçi Marlos Moreno olub. Kolumbiyalı yarımmüdafiəçi 2022-23 mövsümünə qədər “Mançester Siti”dən icarəyə götürülüb.

Sağ və sol cinahda çıxış edən Marlos son olaraq Fransa 1-ci liqasında “Troyes”də forma geyinib.

“Anadolu qartalları” yarış cədvəlində 27 xalla 8-cidir.

Həmin kateqoriyadan