- Baxış sayı: 39
- 30 Mart 2026 21:25
- Baxış sayı: 389
- Mart 30, 2026
- 0

Ölkə çempionatının 2-ci yarısının hazırlığına start verən “Qəbələ” ilk transferini gerçəkləşdirib. Allsport.az saytı xəbər verir ki, “qırmızı-qaralar” milli üzvü Anar Nəzirovu sıralarına qatıb. Son klubu “Zirə” olan 34 yaşlı qapıçı ilə 1,5 illik müqavilə imzalanıb.
2010/11, 2012/13, 2013/14 və 2014/15 mövsümlərində də “Qəbələ”də çıxış edən qolkiper ümumilikdə 28 oyun keçirib. Bunlardan 25-i premyer liqa, 3-ü Azərbaycan kubokuna təsadüf edib. Anar karyerası ərzində həmçinin “Kəpəz”, “Turan”, “Neftçi”, “Standard” və “Sumqayıt”ın da formasını geyinib. O, ölkə çempionatında 219 matç keçirib.
Azərbaycan yığmasında 2012-ci ildə debüt edən futbolçu indiyədək 4 matçda meydana çıxıb.