Anatoli Nuriyev: “8 qoldan 5-ni penaltidən vurmuşam”

Ukraynanın “Minay” klubunun futbolçusu Anatoli Nuriyev premyer liqanın 16-cı turunda “Olimpik”ə (Donetsk) 2:1 hesabı ilə qalib gəldikləri matçdan sonra açıqlama verib. Allsport.az xəbər verir ki, 24 yaşlı hücumçu karyerasında ilk dəfə penaltilərlə dubl etdikdən sonra iki sarı vərəqə alaraq, meydandan qovulma halının baş verdiyini söyləyib.

“Karyeram ərzində qol vurub qırmızı vərəqə aldığım oyun olub, amma beləsi heç vaxt olmamışdı. Qol vurmağım üçün komanda çalışır. Mən, sadəcə, penaltini yerinə yetirirəm. 8 qolumdan 5-ni 11 metrlik cərimə zərbəsindən vurmuşam”.

Nuriyevin Azərbaycan millisinə cəlb olunması gündəmdədir.

Həmin kateqoriyadan