- Baxış sayı: 19
- 05 Dekabr 2025 15:59
- Baxış sayı: 75
- Dekabr 05, 2025
- 0

Ukraynanın “Minay” klubunun kapitanı Anatoli Nuriyev football24.ua-ya müsahibə verib. Allsport.az saytı xəbər verir ki, 24 yaşlı hücumçu cari premyer-liqada 8 qolun 5-ni penaltidən vurmasından danışıb:
“Bəzən topu qapıçıya tərəf vururam, bəzən də küncləri nişan alıram. Yaxınlaşırsan və qərar verirsən. Bu, psixologiyadır. Cari mövsümdə 2 penaltidən yararlana bilməmişəm.
Bundan sonra eyni əminlik olmadır. Yəqin, mənim əsas hiyləm budur. Heç vaxt topu Ronaldu kimi bir küncə vurmuram. O, tez-tez sol küncü nişan alır, hərdən isə sağı seçir. Mən isə topu həm mərkəzə, həm də sağ və sol künclərə vururam”.
Nuriyev Azərbaycanla bağlılığı barədə bunu deyib:”Atamın babası Azərbaycanda doğulub. Əvvəlcə Kiyevə, sonra isə buraya – Zakarpatyeyə gəliblər. Babam və atam isə burada dünyaya gəliblər”.
AFFA “Minay”ın 2 futbolçusu – Anatoli Nuriyev və Rüstəm Əhmədzadəni milliləşdirməklə bağlı iş görür. Adı ilk çəkilən forvard vətəndaşlıq almaq üçün bu yaxınlarda Bakıya səfər edərək, müvafiq sənədlərə qol çəkib.
Ujqorod təmsilçisi son mövsümdə 1-ci liqada qalib olaraq elitaya yüksəlib. Qərblilər 13 xalla 14 klub arasında 12-ci yerdədir.