Anaxanım 3-cü yeri təmin etdi

Monteneqronun Budva şəhərində qadın boksçuların Avropa çempionatında 1/4 final döyüşləri davam edir. Allsport.az saytı xəbər verir ki, bizdən yarımfinala gedən yolda rinqə ilk olaraq Anaxanım İsmayılova (50 kq) çıxıb.

O, ukraynalı Yaroslava Marinçukla qarşılaşıb və rəqibə 3:2 (30:27, 29:28, 30:27, 27:30, 27:30) qalib gəlib. Belədə, ən azı, bürünc medalı təmin edib. İdmançımız növbəti görüşünü oktyabrın 21-də irlandiyalı Katlin Fryersə qarşı keçirəcək.

1/4 finalda yığmamızın digər üzvü Şəhla Allahverdiyeva (66 kq) Yelena Yaniçiyeviçla (Serbiya) mübarizə aparacaq. Aynur Rzayeva (+81 kq) isə yarımfinalda Darya Kozoresi (Moldova) sınağa çəkəcək.

Həmin kateqoriyadan

AzerbaijaniEnglishRussianTurkish