- Baxış sayı: 39
- 22 Noyabr 2024 22:48
- Baxış sayı: 95
- Noyabr 21, 2024
- 0
Allsport.az xəbər verir ki, “Real”ın baş məşqçisi Karlo Ançelotti ÇL-in yarımfinal mərhələsində “Mançester Siti”yə qarşı (0:4) keçirilən matç barəsində danışıb:
““Mançester Siti” daha yaxşı oynadı və finala layiq idi. Onlar əvvəldən fəal pressinq edirdilər, ona görə də istədiyimiz oyunu qurmaq bizim üçün çətin oldu.
Rəqib önə keçməyi bacardı, bundan sonra oyuna qayıtmaq bizim üçün asan olmadı. 2-ci hissədə cəhd etdik, alınmadı. Biz dərs götürməli, növbəti mövsüm haqqında düşünməli və güclənməliyik. Ötən mövsüm onları məğlub edərək finala yüksələ bildik. Bu dəfə növbə “Mançester Siti”də idi.
Bu məğlubiyyət çox təhqiredicidir. Amma futbolda belə hallar olur.
Çempionlar liqasının yarımfinalına çıxırsan. Bu cür güclü rəqib səndən daha yaxşı oynayırsa, o zaman məğlubiyyət qaçınılmaz olur”.
“Real”bu mövsüm kral kubokunu, Avropa superkubokunu və klublararası dünya çempionatını qazanıb.
La liqada Madrid təmsilçisi 2-ci yerdədir. “Barselona” isə çempionluğu rəsmiləşdirib.