- Baxış sayı: 41
- 05 Fevral 2026 19:47
- Baxış sayı: 211
- Fevral 04, 2026
- 0

Belçika çempionatında 18-ci turun oyunları keçirilib. Allsport.az xəbər verir ki, Avropa Liqasının qrup mərhələsində “Qarabağ”ın rəqibi olan “Anderlext” də növbəti matçına çıxıb.
Sözügedən klub səfərdə “Genk”lə qarşılaşıb. Matç 0:0 hesabı ilə başa çatıb.
Qeyd edək ki, “Anderlext” geridə qalan turlarda topladığı 33 xalla dördüncü pillədə qərarlaşıb. Lakin komandanın ehtiyatda da bir oyunu var.