- Baxış sayı: 19
- 24 Noyabr 2024 11:25
- Baxış sayı: 95
- Noyabr 21, 2024
- 0
Rustavi şəhərində təlim-məşq toplanışı başa vuran 18 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi, hazırlıq çərçivəsində sonuncu yoldaşlıq oyununda gürcüstanlı yaşıdlarına 1:2 uduzub. Allsport.az saytı xəbər verir ki, komandamızın heyətində 46-cı dəqiqədə Sadiq Şəfiyev fərqlənib. Baş məşqçimiz Aqil Nəbiyev belə açıqlama verib:
“İlk oyundan fərqli olaraq heyətdə bir neçə dəyişiklik etdik, digər futbolçulara şans verdik. Oyuna daha yaxşı başladıq. Yenə topa sahib olan, oyuna nəzarət edən komanda biz idik. İlk 45 dəqiqədə rəqib demək olar ki, bizim cərimə meydançamıza yaxınlaşa bilmədi.
Fasiləyədək bir neçə qol imkanlarımız oldu. Nəhayət istəyimizə nail olduq, ilk qolu biz vurduq. İkinci hissədə də topa sahib olan tərəf biz idik. Ani diqqətsizlikdən qol buraxdıq, sonra bir nəfər azlıqda qaldıq. Gürcüstanla oyunlar bizim üçün yaxşı təcrübə oldu. Əvvəl dediyim kimi, beynəlxalq oyun təcrübəmiz azdır. Hər iki oyunu rəqibdən daha üstün oynadıq.
İstəmirəm komandam müdafiə futbolu oynasın. İstər müdafiədə, istərsə də hücumda keyfiyyətli futbol oynadıq. Daha çox inkişaf etmək üçün belə davam etmək lazımdır. Növbəti il bu komanda 19 yaş qrupu olacaq. İnanıram ki, biz qrupdan lider olaraq çıxa bilərik”.