- Baxış sayı: 28
- 30 Mart 2026 14:48
- Baxış sayı: 152
- Mart 29, 2026
- 0
Kipr 1-ci divizionunda 22-ci turun oyunları keçirilib. Allsport.az saytı xəbər verir ki, azərbaycanlı futbolçu Araz Abdullayevin yer aldığı “Anortosis” səfərdə “Pafos”la qarşılaşıb.
Həmyerlimizin komandası bu oyundan qələbə ilə ayrılıb (1:0). Millinin yarımmüdafiəçisi görüşdə çıxış etməyib. Onun adı ümumən matçın iştirak ərizəsinə salınmayıb.
Famaqusta təmsilçisi 47 xalla 14 iştirakçı arasında 3-cüdür.