- Baxış sayı: 123
- 10 Dekabr 2025 23:36
- Baxış sayı: 36
- Dekabr 10, 2025
- 0

Antalyada təlim-məşqdə olan “Sabah”ın düşərgəsinə yeni qoşulan var. Allsport.az saytı xəbər verir ki, debütant anqolalı hücumçu Aleksandr Kristavaonu baxışa çağırıb.
25 yaşlı futbolçu yoxlama oyunlarında sınaqdan keçiriləcək. Onun çıxışı məşqçilər heyətini razı salsa, afrikalı ilə müqavilə bağlanacaq.
Niderlandın 1-ci divizion təmsilçiləri “Qroningen” və “Kambur” klublarda çıxış etmiş Aleksandrın son dayanacaq yeri Polşa “Zaqlembe”si olub. O, 12 görüşdə 1 qol vurub. Sosnovets təmsilçisi premyer-liqada 20 oyundan 12 xalla 2-ci “səkkizlik”də sonuncu yerdədir.