- Baxış sayı: 16
- 25 Noyabr 2024 14:15
- Baxış sayı: 99
- Noyabr 21, 2024
- 0
“Qəbələ”nin futbolçusu İlkin Qırtımov Azərbaycan çempionatlarında üçüncü dəfə avtoqol müəllifi olub.
Allsport.az xəbər verir ki, müdafiəçi premyer liqanın XVII turunda uğursuzluq yaşayıb. O, “Səbail”lə səfər görüşündə (0:3) öz qapısına qol vurub.
İlkin 2018/19 mövsümündə “Zirə”nin heyətində “Qarabağ”la ev, ötən çempionatda “Qəbələ” forması ilə “Sabah”la səfər matçında da avtoqol müəllifi olub. O, Azərbaycan çempionatları tarixində öz qapısına ən çox qol vuran futbolçu adına şərik çıxıb.
Qeyd edək ki, İlkin Qırtimov turnirin 31 illik tarixində 3 avtoqol edən 9-cu futbolçudur. Onadək Adil Nağıyev, Ayxan Abbasov, Bədavi Hüseynov, Denis Silva, Jairo Rodriges, Natiq Qasımov, Ruslan Abışov və Saşa Yunisoğlu da üç dəfə öz qapısına üç qol vurublar.