- Baxış sayı: 75
- 20 Mart 2026 22:44
- Baxış sayı: 47
- Mart 29, 2026
- 0

Formula-1 üzrə dünya çempionatının 3-cü mərhələsi çərçivəsində Yaponiya mükafat yarışını “Mersedes”in sürücüsü Andrea Kimi Antonelli qazanıb. Allsport.az saytı xəbər verir ki, pilotlar 5807-metrlik Suzuka avtodromunda 53 dövrə vurublar.
İkinci yeri “Maklaren”dən olan avstraliyalı Oskar Piastri, 3-cü pilləni isə “Ferrari”nin üzvü Şarl Lekler tutub. Almaniya komandasının italiyalı idmançısı şəxsi hesabda da öndədir (72 xal).
Mühəndislər kubokunda “Mersedes” 135 xal ilə öncüldür. “Ferrari” 2-ci, “Maklaren” 3-cüdür.
Növbəti ötüşmə 3 apreldə Mayami trasında olacaq. Sürücülər 5412 metr məsafədən 57 dəfə keçəcəklər.