- Baxış sayı: 35
- 03 Fevral 2026 23:53
- Baxış sayı: 148
- Fevral 02, 2026
- 0
Xorvatiya yığmasının və “Anderlext”in müdafiəçisi Antonio Miliç Avro-2020-nin seçmə “E” qrupunda ilk 2 oyun barədə danışıb. Allsport.az saytı xəbər verir ki, o, milidə zədələrin olmasını yaxşı hal saymasa da, bunun komandası üçün böyük problem görmür:
“Xorvatiyada yüksək səviyyəli futbolçu yetərincədir. Bu heyət həm Azərbaycanı, həm də Macarıstanı məğlub edəcək gücdədir. Əgər öz oyunumuzu göstərsək, qarşımızda duran tapılmayacaq. Ələməyə 6 xalla başlamaq əla olar”.
Xatırladaq ki, martın 21-də “ay-ulduzlular”ımızı qəbul edəcək “damalılar”, bundan 3 gün sonra Macarıstanın qonağı olacaq.