Antonio Salas: “Neftçi”nin “Sevilya”nı keçəcəyinə inanmıram

“Neftçi”nin “Sevilya” ilə oyunlarda fürsəti yoxdur. Çünki İspaniya komandası xeyli üstündür”.  Allsport.az saytı xəbər verir ki, bunu “ağ-qaralar”ın keçmiş futbolçusu Antonio Salas Quinta “Estadio Deportivo” nəşrinə açıqlamasında deyib. O, bayraqdarın Avropa liqasının ilk ələməsində Macarıstan “Uypeşt”ini üstələyəcəyi təqdirdə, İspaniya “Sevilya”sı ilə oyunlarda kağız üzərində şansının olmadığını bildirib.

Bununla belə, 33 yaşlı hücumçu futbolda hər şeyin mümkünlüyünü vurğulayıb: “Məsələn, “Qarabağ” çempionlar liqasında “Atletiko”ya qarşı yaxşı oyunu ilə diqqətləri cəlb etdi. “Neftçi”nin də yaxşı oyunçuları var, maddi cəhətdən güclü komandadır. Ötən mövsüm İqnasio Errera kimi yaxşı yarımmüdafiəçiləri var idi. Amma hazırda nəyə qadir olduqlarını bilmirəm. Çünki yeni transferlərindən xəbərsizəm”.

Anyete doğulduğu şəhərin komandasına səfər və ya isti hava amillərinin mümkün təsirinə də toxunub: Fikrimcə, “Sevilya” Bakıya çarter reysi ilə yollanacaq. Bu səfər üçün 5 saatlıq yol lazım gələcək. Əks halda, “Sevilya” əvvəlcə İstanbuladək, oradan isə Bakıya uçmalıdı. Hər iki şəhərə uçuş müddəti təqribən eynidi”.

Təcrübəli forvard “Neftçi” ilə səfər matçının 2018-2019 mövsümündə Avropa Liqasının final matçının keçiriləcəyi Bakı Olimpiya Stadionunda təşkil olunacağına inanmadığını söyəyib. Onun sözlərinə görə, “ağ-qaralar”ın müasir və gözəl stadionu var.

Sportnet.az-ın məlumatına görə, Anyete “Neftçi”dəki karyerasının zədə üzündən istədiyi kimi alınmadığını da diqqətə çatdırıb: “Bu komandaya qoşulanda yaxşı formada idim, qollar vururdum. Lakin sonradan zədələndim. Bərpa müddətim 3 ayadək çəkdi. Yaxşı komandamız var idi. Azərbaycan Kubokunda finaladək irəliləyərək, Avroliqaya vəsiqə qazanmışdıq. Azərbaycan karyeramı xüsusi qeyd edərdim. Çünki başqa bir mədəniyyət gördüm”.

Qeyd edək ki, Antonio Salas Quinta “Neftçi”də 2015-2016 mövsümündə çıxış edib.

Həmin kateqoriyadan