- Baxış sayı: 33
- 06 Fevral 2026 23:36
- Baxış sayı: 100
- Fevral 06, 2026
- 0

Sentyabrın 15-də Faransanın “Nant” klubu Avropa liqasının “G” qrupunun 2-ci turunda səfərdə “Qarabağ”a 0:3 yenildi. Allsport.az saytı xəbər verir ki, mətbuat konfransında qonaqların baş məşqçisi Antuan Kombuare məğlubiyyət barədə bunu dedi:
“İlk hissədə çox cəhdlər etdik, amma alınmadı. Düşən fürsətləri dəyərləndirə bilmədik. 2-ci yarıda “Qarabağ” bundan istifadə etdi: 12 dəqiqəyə 3 qol vurdu. Rəqibə “afərin” deyirəm.
Ölkə çempionatında da işlərimiz yaxşı getmir. Lakin istefa vermək fikrim yoxdur. “Qarabağ”ı əvəz oyunu üçün Fransada gözləyəcəyik. Öncədən də demişdim, rəqibin xeyli avrokubok təcrübəsı var. Açığı, hesabın 0:3 olacağını gözləmirdim”.