- Baxış sayı: 34
- 22 Noyabr 2024 22:48
- Baxış sayı: 92
- Noyabr 21, 2024
- 0
“Nant”ın baş məşqçisi Antuan Kombuare, Avropa liqasında oyunlar barədə açıqlama verib. Allsport.az saytı xəbər verir ki, fransalı mütəxəsis “G” qrupunda rəqiblərindən olan “Qarabağ” barədə xoş danışıb:
“Əsas oyunçuların bir çoxunu saxlamaqla yanaşı, 4 yeni futbolçu gətirdik. Ancaq daha çox transfer arzulayırdım. Çünki dünya çempionatı ilə əlaqədar təqvim çox sıx olacaq. Avropa liqasında matçlarımız var. Azərbaycana və Yunanıstana uzaq səfərlərimiz olacaq.
Avropa liqasında da uğurlu çıxış üçün geniş heyət vacib idi. Açığı, transfer dönəmində məyus oldum. Bir tərəfdən də transfer pəncərəsinin bitməsinə sevinirəm. Çünki xəyal qurmağı dayandırdım. Oyunçuların vəziyyəti çox yaxşı deyil. Yorğun və məyusuq”.
“Nant”la ilk oyun sentyabrın 15-də Bakıda, 2-ci matç oktyabrın 27-də Fransada olacaq.