- Baxış sayı: 5
- 30 Mart 2026 11:12
- Baxış sayı: 152
- Mart 29, 2026
- 0

Sabah “Nant” klubu Avropa liqasının “G” qrupu çərçivəsində Fransada “Qarabağ”ı qəbul edəcək. Allsport.az saytı xəbər verir ki, mətbuat konfransında meydan sahiblərinin baş məşqçisi Antuan Kombuare bunu deyib:
“Vacib oyunöncəsi hamı düşərgədədir və matça hazırdır. “Qarabağ”la oyun bizim üçün finaldır. İkinci yerə ümid etmək baxımından son şansımız olacaq.
“Nitsa”ya qarşı çempionat matçındakı əhval-ruhiyyəni və oyun keyfiyyətini çox yüksək qiymətləndirirəm. Bu, hələ başlanğıcdır. Davamını növbəti oyunlarda gətirməliyik”.
Sözü gedən matç Bakı vaxtı ilə saat 23:00-da start götürəcək.