Antuan Qrizman: “Qarabağ” sona qədər mübarizə apardı

Madrid “Atletiko”sunun futbolçusu Antuan Qrizman çempionlar liqasının ötən qrup mərhələsini xatırladıb. Allsport.az saytı xəbər verir ki, fransalı hücumçu “Qarabağ”la çətin anlar yaşadıqlarını etiraf edib:
“Avropa futbolunda zəif komanda yoxdur. İstənilən rəqib sənə maneə yarada bilər. Mən də əlimdən gələni etdim. Lakin “Qarabağ” sona qədər mübarizə apardı. Bu dəfə final doğma “Vanda Metropolitano”da olacaq. Burda həlledici oyuna çıxmaq inanılmaz hiss olar”.

Həmin kateqoriyadan