- Baxış sayı: 150
- 05 Dekabr 2025 23:43
- Baxış sayı: 150
- Dekabr 05, 2025
- 0

“Neftçi” daha bir yoxlama oyunu keçirib. Allsport.az xəbər verir ki, sözügedən komanda bu dəfə AzAL ilə qarşılaşıb.
İsmət Qayıbov adına Bakıxanov qəsəbə stadionunda baş tutmuş oyun 1:1 hesabı ilə nəticələnib. “Neftçi”nin heyətində yeni transfer Anyete fərqlənib. Bundan əvvəlki yoxlama görüşündə debüt edərək əvəzedici heyətin qapısına yol tapmış ispaniyalı hücumçu ardıcıl ikinci oyunda qol vurub.
Qeyd edək ki, “Neftçi”nin əsas heyətinin 8 futbolçusu milli komandalarımızın düşərgəsində olduğundan, AzAL-la oyunda meydana çıxmayıb.