- Baxış sayı: 12
- 25 Noyabr 2024 17:20
- Baxış sayı: 34
- Noyabr 25, 2024
- 0
Allsport.az xəbər verir ki, “Zirə”nin şikayəti qismət təmin edilib.
Azərbaycan premyer liqasının XII turunda “Sabah”la qarşılaşmada təcavüzkar davranışına görə qırmızı vərəqə aldığı üçün 4 oyun cəzalanan Vladislav Kulaçin diskvalifikasiya müddəti azaldılıb. “Zirə”nin “9 nömrəsi” yeni qərara əsasən 1 görüşdə komandasını azarkeş kimi izləyəcək. Digər 3 oyun isə şərti olmaqla, ona 3 aylıq sınaq müddəti verilib. Bu müddətin başlanğıcı ilkin cəzanın çəkildiyi 12 noyabr 2023-cü il tarixdən etibarən müəyyən edilib.
XIII turda “Neftçi” – “Sumqayıt” matçında isə qonaqların şikayəti nəticə verməyib. Apelyasiya Arbitraj Tribunalı oyunda qırmızı alan baş məşqçi Samir Abasovun 3 oyunluq cəzasını qüvvədə saxlayıb. O, “kimyaçılar”ın görüşlərini tribunadan izləyəcək.