- Baxış sayı: 31
- 24 Noyabr 2024 22:46
- Baxış sayı: 98
- Noyabr 21, 2024
- 0
Qida təhülkəsizliyi agentliyi və qida təhlükəsizliyi institutunun mütəxəssisləri “Qarabağ”ın məşqçi heyəti və futbolçuları ilə görüşüb. Allsport.az saytı xəbər verir ki, Ağdam klubunun paytaxtda yerləşən bazasında futbolçulara qida təhlükəsizliyi anlayışı və sağlam qidalanma ilə bağlı geniş məlumatlar verilib. Eyni zamanda, klub üzvlərinin gündəlik qida rasionu ilə bağlı fikir mübadiləsi aparılıb.
Agentlik nümayəndələri “Qarabağ” adını hər zaman idman arenasında yüksəklərə qaldıran klub rəhbərliyi və futbolçularına bu şərəfli işdə uğurlar arzulayıb, bu sahədə uğurların davamlı olmasında düzgün qidalanmanın əhəmiyyətindən danışıblar.
Görüşdən sonra Qida Təhülkəsizliyi Agentliyi və Qida Təhlükəsizliyi İnstitutunun mütəxəssisləri klubun qida məhsullarının emalı sahəsinə baxış keçiriblər və peşəkar metodiki tövsiyələr veriblər.