Araz Abdullayev: “İkinci qolu da vura bilərdik”

“Neftçi”nin yarımmüdafiəçisi Araz Abdullayev Topaz Premyer Liqasının 18-ci turu çərçivəsində “Kəpəz”ə qarşı keçirdikləri oyunu şərh edib. Allsport.az xəbər verir ki, paytaxt klubunun futbolçusu 1:1 hesabıyla bitən qarşılaşmadan sonra bunları söyləyib:

“İlk hissədə yenik duruma düşməyimizə baxmayaraq, növbəti yarıda hesabı bərabərləşdirməyə nail olduq. Daha dəqiq oynasaydıq, ikinci qolu da vura bilərdik. Komanda artıq fasiləyə yollanır. İnanıram ki, qış hazırlığından sonra daha yaxşı çıxış edəcəyik”.

Həmin kateqoriyadan