- Baxış sayı: 28
- 07 Dekabr 2025 10:00
- Baxış sayı: 223
- Dekabr 05, 2025
- 0

“Qarabağ”ın futbolçusu Araz Abdullayev ölkə çempionatlarında 30-cu qolunu vurub. Allaport.az saytı xəbər verir ki, bu yubiley 19-cu turun “Keşlə” ilə səfər qarşılaşmasına təsadüf edib.
Araz 30-cu qoluna 183-cü oyununda imza atıb. O, “Neftçi”də 163 oyunda 28, “Qarabağ”da 11 matçda 2 qol vurubsa, yalnız 9 dəfə heyətində meydana çıxdığı “Qəbələ”də fərqlənə bilməyib.
Yarımmüdafiəçi Azərbaycan çempionatları tarixində 30 və daha çox qol vuran 87-ci futbolçu olub. O, qol sayında Kamal Quliyev, Ceyhun Sultanov və Valter Quqlemona çatıb.