- Baxış sayı: 30
- 08 Dekabr 2025 18:56
- Baxış sayı: 163
- Dekabr 08, 2025
- 0

Kipr kubokunda 1/16 finalının oyunları keçirilib. Allsport.az saytı xəbər verir ki, millimizin futbolçusu Araz Abdullayevin şərəfini qoruduğu “Anortosis” səfərdə “Ksilotimpu” ilə qarşılaşıb.
Görüş qonaqların 2:1 hesablı qələbəsi ilə yekunlaşıb. Famaqusta təmsilçisi bu qələbə ilə 1/8 finala vəsiqə qazanıb.
Matça start heyətində başlayan həmyerlimiz 90 dəqiqə meydanda olub. O, komandasnın qələbəsində məhsuldar ötürmə verib.