- Baxış sayı: 85
- 27 Mart 2026 23:30
- Baxış sayı: 110
- Mart 27, 2026
- 0

Dekabrın 24-də “Turan Tovuz”la oyundan sonra istirahətə yollanan “Araz-Naxçıvan” məşqlərini bərpa edib. Allsport.az xəbər verir ki, bu gün bir araya gələn komanda fitnes zalında olub.
Sabahdan etibarən, çalışmalarını Bakı olimpiya stadionunun ehtiyat meydanında edəcək. Toplanışın ilk mərhələsinin yekununda – yanvarın 10-da “Zirə” ilə yoldaşlıq oyunu keçiriləcək.
Matçın ertəsi gün istirahət edəcək “qırmızılar”, yanvarın 12-də Qəbələyə yola düşəcək. 3 gün orada hazırlaşacaq və yanvarın 15-də rayonun eyniadlı komandası ilə üz-üzə gələcək.
Bu matçdan sonra Bakıya dönəcək və 2 günlük istirahətdən sonra premyer liqanın XIX turunda “Qarabağ”la matça hazırlaşacaq.