- Baxış sayı: 34
- 05 Dekabr 2025 23:43
- Baxış sayı: 51
- Dekabr 05, 2025
- 0

Azərbaycan premyer liqasının 11-ci turunun “Araz-Naxçıvan” – “Qarabağ” oyununun baş tutacağı məkan dəyişdirilib.
Allsport.az xəbər verir ki, “Araz-Naxçıvan” klubu PFL-ə rəsmi müraciət edərək, qadınlar arasında millətlər liqası çərçivəsində oktyabrın 31-də baş tutacaq Azərbaycan – Monteneqro matçının “Dalğa Arena”da keçirilməsi, yaranmış qrafik sıxlığı və ot örtüyünün qorunması səbəbindən görüşün Tofiq Bəhramov adına respublika stadionunda təşkilini xahiş edib.
“Araz-Naxçıvan” klubunun rəsmi müraciətini, “Qarabağ”ın razılığını əsas götürən PFL qarşılaşmanın Tofiq Bəhramov adına respublika stadionunda keçirilməsinə qərar verib.
Matç təqvimdə olduğu kimi “Araz-Naxçıvan” – “Qarabağ” oyunu kimi keçiriləcək və oktyabrın 30-da, saat 19:00-da başlayacaq.