- Baxış sayı: 29
- 05 Dekabr 2025 23:43
- Baxış sayı: 48
- Dekabr 05, 2025
- 0

Yeni mövsümün hazırlığını davam etdirən “Araz-Naxçıvan” heyətinə yeni futbolçu qatıb.
Allsport/az xəbər verir ki, Naxçıvan təmsilçisi braziliyalı mərkəz yarımmüdafiəçi Karlos Jatoba ilə anlaşıb. 29 yaşlı futbolçu tibbi müayinədən keçib və mövsümün sonuna qədər “qırmızı-ağlar”ın uğurları üçün çalışacaq. Onun son klubu Rumıniya “Politexnika Lasi”si olub. İtaliya pasportuna da sahib olan futbolçu buna qədər vətənində “Firquerense”, “Korintians”, “Londrina”, “Atletiko”, “Brazil Pelotas”, “Santo Andre”, “Sao Bento”, Bolqarıstanın “Dunav”, Portuqaliyanın “Sportinq” komandalarında çıxış edib.