“Araz-Naxçıvan”da yeni qapıçı

Transfer çalışmalarını davam etdirən “Araz-Naxçıvan” heyətinə daha bir futbolçu qatıb.

Allsport.az xəbər verir ki, Naxçıvan klubu Tərlan Əhmədli ilə müqavilə imzalayıb. 1 illik anlaşmaya imza atan 29 yaşlı qapıçı yeni mövsümün sonuna qədər komandada çıxış edəcək. Son iki mövsümü “Turan Tovuz”da keçirən qolkiper karyerası ərzində “Sumqayıt” və “Qəbələ”nin də formasını geyinib.

Qeyd edək ki, “Araz-Naxçıvan” dünən Urfan Abbasov, Ömər Buludov və Ülvi İsgəndərovla müqavilə imzalayıb.

Həmin kateqoriyadan