“Araz-Naxçıvan”da yeni rəhbərlik

Yeni mövsümdə Azərbaycan premyer liqasında iştirak edəcək “Araz-Naxçıvan” futbol klubunun ümumi yığıncağı keçirilib. Allsport.az saytı xəbər verir ki, toplantıda klubun yeni təsisçiləri – Azərbaycan futbol federasiyaları assosiasiyası (50 faiz) və Naxçıvan muxtar respublikası həmkarlar ittifaqları şurası (50 faiz) barədə məlumat verilib.

Eyni zamanda, iclas zamanı klubun yeni prezidenti və müşahidə şurasının sədri vəzifələrinə seçkilər keçirilib. Ramin Axundov “Araz-Naxçıvan Peşəkar Futbol Klubu” ictimai birliyinin prezidenti, Vüqar Abbasov isə müşahidə şurasının sədri seçiliblər.

Adı ilk çəkilən şəxs 2008-ci ildən “Araz-Naxçıvan” futzal klubunun prezidentidir.

Həmin kateqoriyadan