- Baxış sayı: 34
- 05 Dekabr 2025 23:43
- Baxış sayı: 51
- Dekabr 05, 2025
- 0

AFFA-nın intizam komitəsinin iclası keçirilib.
Allsport.az xəbər verir ki, yığıncaqda Azərbaycan premyer liqasının XXVI turunda baş verənlər müzakirə olunub.
Komitə müvafiq qərarlar verib. “Kəpəz” – “Neftçi” oyununda meydan sahiblərinin azarkeşləri tərəfindən matçın rəsmi şəxslərinin ünvanına kütləvi şəkildə təhqiramiz ifadələr səsləndirildiyinə Gəncə klubu 1000 manat cərimə edilib.
“Turan Tovuz” – “Araz-Naxçıvan” görüşündə 6 futbolçusu sarı vərəqə alan qərblilər 700 manat cərimələnib. 4 oyunçusu xəbərdarlıq alan qonaqların da cəzası eyni olub. Naxçıvan təmsilçisinin futbolçusu Vüsal Şabanov hakimi təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə aldığı üçün 4 oyun cəzalanıb, klubu 3000 manat ziyana düşüb.