- Baxış sayı: 85
- 27 Mart 2026 23:30
- Baxış sayı: 110
- Mart 27, 2026
- 0

Allsport.az xəbər verir ki, komanda gələn il yanvarın 5-də bir araya gələcək.
Hazırlığın birinci mərhələsi Bakıda həyata keçiriləcək. Yanvarın 10-da “qırmızı-ağlar” yeni ildə ilk matçına çıxacaq. Yoldaşlıq oyununda rəqib “Zirə” olacaq. Ertəsi gün istirahət edəcək komanda yanvarın 12-də Qəbələdə ikinci mərhələyə start verəcək.
Yanvarın 15-də burada premyer liqa klublarından biri ilə qarşılaşacaq “Araz-Naxçıvan” matçdan sonra Bakıya dönəcək. Bu dəfə 2 gün istirahət edəcək futbolçular yanvarın 18-dən etibarən Azərbaycan premyer liqasının XIX turu çərçivəsində “Qarabağ”la baş tutacaq matça hazırlaşacaq.