- Baxış sayı: 41
- 05 Fevral 2026 19:47
- Baxış sayı: 211
- Fevral 04, 2026
- 0

“Araz-Naxçıvan”ın zədəli futbolçularının durumuna aydınlıq gəlib.
Allsport.az xəbər verir ki, zədəli olduğuna görə son 2 matçda iştirak etməyən İqor Ribeyro komanda ilə məşqlərə qoşulub. Müdafiəçinin “Kəpəz”lə XXIX turun matçında meydana çıxıb-çıxmayacağı oyun günü dəqiqləşəcək.
“Sumqayıt”la görüşdə zədələnərək əvəzlənən Aksel Nqandonun müalicəsi isə davam edir. O, qarşıdakı turu buraxacaq.
Qeyd edək ki, “Araz-Naxçıvan” – “Kəpəz” oyunu aprelin 5-də, saat 20:00-da “Liv Bona Dea Arena”da keçiriləcək.