“Araz Naxçıvan”la oyun təxirə salındı, “Şamaxı” ilə matçın yeri dəyişdi

Ölkəmizi konfrans liqasının 4-cü mərhələsində təmsil edəcək “Zirə”, Peşəkar futbol liqasına rəsmi müraciət edib. Allsport.az saytı xəbər verir ki, klub turnirin pley-off mərhələsinə daha yaxşı hazırlaşmaq məqsədi ilə premyer liqasının 3-cü turu çərçivəsində keçiriləcək “Araz Naxçıvan” ilə oyunun təxirə salınmasını, “Şamaxı” ilə 4-cü tur çərçivəsində keçiriləcək səfər oyunu ilə 12-ci turda keçiriləcək ev oyununun yerininin dəyişdirilməsini xahiş edib.

Azərbaycan futbolunun ümumi mənafeyini nəzərə alan PFL “Zirə” klubunun müraciəti, “Araz Naxçıvan” və “Şamaxı” klublarının razılığı əsasında 2024/25-ci illər futbol mövsümünün əsasnaməsinin 6-cı maddəsinin 2-ci bəndini rəhbər tutaraq aşağıdakı dəyişikliklər barədə qərar qəbul edib:

– Premyer liqanın 3-cü turunun “Zirə” – “Araz Naxçıvan” oyunu təxirə salınır, komandaların əvəzedici heyətləri arasında baş tutacaq oyun əvvəlcədən planlaşdırıldığı kimi oynanılır. Təxirə salınmış oyunla bağlı əlavə məlumat veriləcək.

– 2024/25-ci illər mövsümünün təqvimində 4-cü turun “Şamaxı” – “Zirə” oyunu ilə 12-ci turun “Zirə” – “Şamaxı” oyununun yerləri dəyişdirilir, komandaların əvəzediciləri arasında oyun əvvəlcədən nəzərdə tutulmuş kimi keçirilir.

Həmin kateqoriyadan