- Baxış sayı: 20
- 05 Dekabr 2025 19:51
- Baxış sayı: 104
- Dekabr 05, 2025
- 0

Türkiyəli hücumçu Arda Gülər, Avropa çempionatında debütündə qol vuran ən gənc futbolçu olub.
Allsport.az saytı xəbər verir ki, o, Gürcüstan millisi ilə matçda 19 yaş 114 günlüyündə qol vuraraq, 2004-cü ildə 19 yaş 128 gündə Yunanıstanı məyus edən portuqaliyalı Kriştianu Ronaldunun nailiyyətini ötüb.
“Real”ın forvardı Ferenç Bene (1964) və Kriştianu Ronaldudan (2004) sonra AÇ-də debüt oyununda qol vuran 3-cü yeniyetmə olub.