- Baxış sayı: 51
- 11 Dekabr 2025 20:24
- Baxış sayı: 70
- Dekabr 11, 2025
- 0

“Real Madrid”in gənc yarımmüdafiəçisi Arda Gülər komandasının çempionlar liqasının 6-cı turunda “Mançester Siti”yə 1:2 hesabı ilə məğlub olduğu matçda rəqib hücumçusu Erlinq Holandla bağlı maraqlı və gülməli bir an yaşayıb.
Allsport.az xəbər verir ki, oyunun ikinci yarısında əvəzlənmədən oyuna daxil olan türkiyəli futbolçu künc zərbəsi zamanı Holandı tutmaq kimi çətin bir tapşırıq alıb. Arda özündən xeyli hündür və fiziki cəhətdən güclü olan norveçli ulduza yaxınlaşarkən, Holand bu mənzərədən məmnunluğunu gizlətməyib. O, Ardanın cəhdlərini qiymətləndirərək, “Real Madrid”li futbolçunun kürəyinə sığal çəkib.