Arda paylaşdı, Erlinq gülüşlə reaksiya verdi – FOTO

Çempionlar liqasının “Real Madrid” – “Mançester Siti” (1:2) matçındakı bir epizod ötən ilin ən çox müzakirə edilən idman kadrlarından birinə çevrilib.

Allsport.az xəbər verir ki, künc zərbəsi zamanı boyu cəmi 175 sm olan Arda Gülərin nəhəng Erlinq Holandı (194 sm) saxlamağa çalışması həm futbolçuları, həm də azarkeşləri güldürüb.

Qapıçı Tibo Kurtuanın gənc türkiyəli ulduzu norveçli hücumçuya doğru “itələməsi” nəticəsində yaranan mənzərə sosial şəbəkələrdə viral olub.

Arda Gülər 2025-ci ilin yekun fotosessiyasında məhz bu kadrı ilk sıraya qoyub. Holand isə paylaşıma gülüş emojisi ilə reaksiya verib.

Həmin kateqoriyadan