- Baxış sayı: 30
- 14 Aprel 2026 12:16
- Baxış sayı: 40
- Aprel 14, 2026
- 0

“Lokomotiv”in futbolçuları Dmitri Barinovun gedişindən sonra qapıçı Anton Mitryuşkini komandanın yeni kapitanı seçiblər. Allsport.az xəbər verir ki, baş məşqçi Mixail Qalaktionov bu seçimi bəyənərək, qapıçının məsuliyyətli lider olduğunu vurğulayıb. Mitryuşkinin bu nailiyyətində ona ən böyük dəstəyi 2016-cı ildən bəri evli olduğu həyat yoldaşı Darya göstərib; o, futbolçunun Avropadakı çətin legionçu həyatında və ağır zədə dönəmində daim yanında olub.






