- Baxış sayı: 35
- 03 Fevral 2026 23:53
- Baxış sayı: 148
- Fevral 02, 2026
- 0

Azərbaycan millisinin futbolçusu Mahir Əmrəli Polşanın “Legiya” klubunda noyabrın ən zəif oyunçusu seçilib.
Allsport.az xəbər verir ki, 24 yaşlı hücumçu “Legionisci” nəşrinin versiyasına əsasən, komanda yoldaşı Mattias Yohanssonla ilə birlikdə -4 xala layiq görülüb. O, oktyabrda da ən zəif 2 futbolçudan biri olub.
Varşava təmsilçisinin argentinalı yarımmüdafiəçisi Jozue isə 3 xalla ayın oyunçusu adına layiq görülüb.
“Legiya” noyabrda keçirdiyi 5 oyunun 4-də uduzub. Son ölkə çempionu yalnız ekstraklasanın XVI turunda “Yagelloniya”ya minimal hesabla qalib gəlib – 1:0.