- Baxış sayı: 8
- 28 Noyabr 2024 14:46
- Baxış sayı: 47
- Noyabr 28, 2024
- 0
“Sumqayıt”ın baş məşqçisi Ayxan Abbasov ölkə çempionatının 19-cu turunda “Səbail”ə qarşı oyunu şərh edib. Allsport.az saytı xəbər verir ki, o, 0:0 hesabı ilə bitən görüş barədə bunu söyləyib:
“Əlbəttə, bu həftə bizi ağır oyun gözləyirdi. Bilirdik ki, qış fasiləsindən sonra ən yaxşı komandaya qarşı oynayırdıq. Həmkarım Aftandil Hacyevin premyer liqada ilk ilidir, yaxşı komanda yaradıb və ona uğurlar arzulayıram. Ardıcıl 4 məğlubiyyətdən sonra komandanı psixoloji cəhətdən hazırlamaq çətindir.
Futbolçularıma göstərdikləri xatarkterə görə təşəkkür edirəm. Düzdür, qələbə daha yaxşı olardı. Ancaq uduzmadıq, qış fasiləsindən sonra ilk xalımızı qazandıq. Çalışacağıq ki, bu durumdan çıxaq. Bunun üçün bizə indi ilk növbədə birlik lazımdı. Azarkeşlərimizə dəstəyə görə minnətdaram”.