- Baxış sayı: 39
- 23 Mart 2026 19:21
- Baxış sayı: 213
- Mart 25, 2026
- 0

“Barselona”nın qadınlardan ibarət komandası İspaniya çempionu olub.
Allsport.az xəbər verir ki, Kataloniya təmsilçisi buna la liqanın XXIX turunda səfərdə “Real Betis”i 9:0 hesabı ilə darmadağın edərək nail olub.
“Barselona”nın aktivində 29 oyundan sonra 81 xal var. “Real Madrid” 75 xalla ikincidir.
Bu, “Barselona”nın ardıcıl 6-cı, ümumilikdə 10-cu İspaniya çempionluğudur.