- Baxış sayı: 44
- 06 Fevral 2026 23:36
- Baxış sayı: 139
- Fevral 06, 2026
- 0

“Qarabağ” ardıcıl 9-cu ev oyununda qələbə qazanıb. Allsport.az saytı xəbər verir ki, cari mövsüm öz meydanında keçirdiyi 8 görüşün hamısında qalib gələn Qurban Qurbanovun komandası, ötən çempionatının son ev matçında da üç xal qazanıb. Sonuncu dəfə 2021-ci il mayın 4-də Zirədə xal itkisi olub (1:1).
Evdə ardıcıl 9 qələbə qazanan “köhlən atlar”, son 6 mövsümün ən yüksək göstəricisinə yiyələnib. Daha uzun zolaq sonuncu dəfə 2015/16 mövsümündə təsadüf olunub.
“Qarabağ” XVIII turun “Qəbələ” ilə ev matçında 5:1 hesabı ilə qalib gəlib.